Məxfilik
Məlumatlarını necə istifadə edirik
Bu səhifə nextstation.az saytındakı qeydiyyat və əlaqə formaları vasitəsilə göndərdiyin məlumatlar haqqındadır.
Hansı məlumatları alırıq
Qeydiyyat formasında: adın, soyadın, doğum tarixin, e-poçt ünvanın, telefon nömrən, Instagram adın, seçdiyin qoşulma məqsədləri və istəsən əlavə qeydin. Əlaqə formasında: adın, e-poçt ünvanın və mesajın. Sayt göndərilmə vaxtını və spamdan qorunmaq üçün İP ünvanının qısa müddətli izini də qeyd edir.
Nə üçün istifadə edirik
Yalnız səninlə əlaqə saxlamaq, qrupa, kamplara, aktivitelərə və oyunlara qoşulmağına kömək etmək və sualına cavab vermək üçün. Məlumatlarını satmırıq, reklam üçün istifadə etmirik və başqalarına vermirik.
Harada saxlanılır
Formadan göndərilən məlumat saytın serverində qorunan verilənlər bazasında saxlanılır və eyni zamanda e-poçt məktubu kimi info@nextstation.az ünvanına gəlir. Baza internetdən birbaşa açılmır; ona yalnız Next Station-ın idarəçisi parol və ikinci təsdiq kodu ilə qorunan paneldən baxa bilər. Spamdan qorunma üçün İP ünvanının geri çevrilməz şəkildə kodlanmış (hash) izi serverdə ən çox bir saat saxlanılır.
Çərəzlər və izləmə
Sayt çərəz (cookie), reklam və ya statistika xidmətləri istifadə etmir.
Məlumatlarını silmək
Məlumatlarının silinməsini istəsən, info@nextstation.az ünvanına yaz: onları həm bazadan, həm də poçtdan silirik.
Son yenilənmə: 24 noyabr 2026.